
Türkiyədə baş verən güclü zəlzələ zamanı 1 nəfər ölüb, 69 sakin xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Muğla şəhər valisi İdris Akbıyık məlumat verib.
Onun sözlərinə görə, ölən və xəsarət alanlar təşvişə düşən, hündürlükdən tullananlardır. Ölən 14 yaşlı qız olub. Xəsarət alanların həyati təhlükəsi yoxdur. Yaralananlardan 45 nəfəri xəstəxanalara yerləşdirilib.
Zəlzələ zamanı dağıntı qeydə alınmayıb.
***
04:28
Muğla şəhərinin valisi İdris Akbıyık baş verən güclü zəlzələ zamanı təşvişə düşən və hündürlükdən tullanan 11 nəfərin xəsarət aldığını bəyan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə şəhər rəhbəri “TRT Haber”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yaralalıların həyati təhlükəsi yoxdur.
Akbayık təlafat və dağıntı olmadığını vurğulayıb.
***
03:52
Türkiyənin Muğla bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info AFAD-a istinadən xəbər verir ki, zəlzələ İzmir və Antalyada da hiss olunub.
Məlumata görə, təbii fəakət yerli vaxtla saat 02:17-də qeydə alınıb.
Muğlanın Marmaris rayonundan 10,43 kilometr aralıda olan zəlzələnin 67,91 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.