Çamadandan çıxanlar təəccüblü idi: 48 zəhərli ilan və 5 tısbağa

  • By Admin2
  • 02 İyun 2025 12:22

Hindistanın Mumbay şəhərindəki Chhatrapati Shivaji Maharaj beynəlxalq hava limanında Tailanddan gələn sərnişinin baqajında ​​48 zəhərli ilan və 5 tısbağanın olduğu aşkarlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hindistan Times qəzetinin məlumatına görə, Banqkokdan Mumbaya gedən sərnişin hava limanında saxlanılıb.

Sərnişinin baqajına baxış zamanı 48 ilan, o cümlədən üç yüksək zəhərli hörümçək quyruqlu gürzə növü və beş Asiya yarpaq tısbağası aşkar edilib.

Heyvanların növləri vəhşi təbiət sahəsində fəaliyyət göstərən “Resqink Vəhşi Təbiət Refahı Dərnəyi (RAWW)” tərəfindən təsdiqlənib və ilanların son dərəcə zəhərli və kiçik quşları ovlayan təhlükəli növlər olduğu bildirilib.

Vəhşi Təbiəti Mühafizə Qanunu çərçivəsində ilan və tısbağaların gətirildikləri ölkəyə qaytarılmasına qərar verilib.

Orxan

Gununsesi.info