Gizli kəşfiyyat sənədləri üzə çıxır

  • By Admin2
  • 02 İyun 2025 15:01

Suriya kəşfiyyatının məxfi sənədləri 2012-ci ildə yoxa çıxan amerikalı jurnalist Ticenin Bəşər Əsəd rejimi tərəfindən saxlanılaraq həbs edildiyini göstərirdi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriyada taleyi bəlli olmayan itkin düşmüş amerikalı jurnalist Austin Tice-nin Bəşər Əsəd rejimi tərəfindən həbs olunduğu məlum olub.

Mövzu ilə bağlı “tam məxfi” kəşfiyyat sənədləri BBC tərəfindən açıqlanıb. Sənədlər Ticenin Əsədin dövründə həbsdə olduğunu təsdiqləyir. Keçmiş Suriya rəsmiləri də BBC-yə Ticenin saxlanıldığını təsdiqləyiblər. 

ABŞ administrasiyası əvvəlki açıqlamalarında Ticenin o zaman Suriya hökuməti tərəfindən saxlanıldığına inandıqlarını bildirsə də, Əsəd rejimi bunu təkzib etmişdi. Ticenin necə saxlanıldığı barədə də məlumat verilməyib. 

Ortaya çıxan kəşfiyyat sənədləri və Əsəd rejimində xidmət etmiş bir çox keçmiş məmurun ifadələri Ticenin qaçırılmasından sonra başına gələnləri ortaya çıxarıb. 

Məlumatlara görə, Tice 2012-ci ilin avqustunda, 31 yaşından bir neçə gün sonra Suriyanın paytaxtı Dəməşq yaxınlığında yoxa çıxıb. Tice həmin vaxt sərbəst jurnalist kimi işləyirdi. Yeddi həftə sonra internetdə yayımlanan videoda amerikalı jurnalistin gözləri bağlı və əlləri qandallı, silahlı şəxslər tərəfindən tutularaq “islama inancını bəyan edən” sözləri deməyə məcbur edildiyi əks olunub. Ticenin “cihadçı qrup” tərəfindən qaçırıldığı təəssüratları yaransa da, analitiklər və ABŞ rəsmiləri bunu şübhə altına almağa başladılar. Buna görə də, sözügedən video “səhnələşdirilə” bilərdi. 

Ticenin yoxa çıxmasına görə məsuliyyəti heç bir qrup və ya hökumət öz üzərinə götürməyib və o vaxtdan bəri ondan heç bir xəbər alınmayıb. Bu, onun harada olması ilə bağlı fərziyyələrə səbəb olub. 

Orxan

Gununsesi.info