MİT direktoru Kalın, Həmas Siyasi Bürosunun müdir müavini Hayye ilə telefonda danışıb

  • By Admin2
  • 02 İyun 2025 10:53

MİT direktoru Kalın, Həmas Siyasi Bürosunun müdir müavini Hayye ilə atəşkəs danışıqlarının son mərhələsini müzakirə edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın dünən axşam saatlarında Həmas Siyasi Bürosunun müdir müavini Halil Hayye ilə telefon danışığı aparıb.

Əldə edilən məlumata görə, MİT direktoru Kalın və HƏMAS Siyasi Bürosunun sədr müavini Hayye arasında telefon danışığında ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun rəhbərliyi ilə Həmas-a çatdırılan son təkliflər çərçivəsində həyata keçirilən atəşkəs danışıqlarının son mərhələsi müzakirə olunub.

Görüşdə Türkiyənin Qəzzada baş verən humanitar faciə və dağıntılara son qoyulması və yardımların dərhal ötürülməsini təmin etmək üçün beynəlxalq ictimaiyyətlə birgə səylərinə toxunulub. Türkiyənin Fələstin xalqına dəstəyi vurğulanıb, humanitar yardımların keçməsinə təcili icazə verilməsi və daimi atəşkəs üçün atılacaq addımlar müzakirə edilib.

Telefon danışığında ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb və Qəzzada humanitar faciəyə son qoyulması üçün beynəlxalq ictimaiyyətin İsrailə təzyiq göstərməsinin vacibliyi vurğulanıb.

 

Orxan

Gununsesi.info