
Xəbər verdiyimiz kimi, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb.
Məhkəmə təqdimatları təmin edib və onlar barəsində qiyabi həbs qərarı verilib.
Gununsesi.info – nun əldə etdiyi məlumata görə, haqqında həbs qərarı verilən blogerlərdən biri də Qurban Məmmədovdur.
Qeyd edək ki, hazırda Böyük Britaniyada yaşayan 1959-cu il təvəllüdlü Qurban Məmmədov Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (kütləvi iğtişaşlara çağırış etmə), 214-2 (terrorçuluğa açıq çağırışlar), 12.1, 34.2, 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və dövlət sirrini yayma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilir.
Baş Prokurorluq bu ilin mart ayında məlumat yayaraq, Qurban Məmmədovu 16 aprel 2025-ci ildə istintaqa çağırmışdı.