
Goranboyda maşın yanıb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qazanbulaq kəndində baş verib.
Əlixan Həsənovun idarə etdiyi “BMW” markalı avtomobil anidən alışıb.
Hadisə yerinə Föqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Edilən müdaxilə nəticəsində sürücü xəsarət almayıb və alov söndürülüb. İlkin məlumata görə, hadisə qısaqapanmadan baş verib.