
Dünən səhər saatlarından etibarən İsrail ordusunun Qəzzanın müxtəlif nöqtələrinə həyata keçirdiyi hücumlarda ən azı 33 fələstinli həyatını itirib, çoxlu sayda yaralı var.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, atəşkəs müzakirələri ilə yanaşı, qırğınların davam etdiyi Qəzzada humanitar böhran davam edir və İsrail ordusunun sanksiyaları davam edir.
Dünən səhər saatlarından etibarən İsrail ordusunun Qəzzanın müxtəlif nöqtələrinə həyata keçirdiyi hücumlarda ən azı 33 fələstinli həyatını itirib, çoxlu sayda yaralı var.
Xəstəxana mənbələrindən verilən məlumata görə, İsrail ordusunun Qəzza şəhərinin mərkəzi hissəsində Nedim ailəsinə məxsus evi bombalaması nəticəsində 5 nəfər həyatını itirib.
İsrail Qəzza zolağının şimalında Əbu-Şərə qovşağının yaxınlığında mülki insanları hədəfə alıb. Hücum nəticəsində 4 fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb.
Qəzzanın şimalındakı Cibəliyyə qəsəbəsində fələstinli “Bereş” ailəsinin evi vurulub, 16 nəfər ölüb.
Hücumlarda yaralananların vəziyyətinin ağır olduğu və ölənlərin sayının arta biləcəyi bildirilib.
Orxan