Hindistan və Banqladeşdə daşqınlar və torpaq sürüşmələri

  • By Admin2
  • 02 İyun 2025 14:40

Hindistanın Sikkim əyalətində leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində azı 34 nəfər ölüb. Qonşu Banqladeşdə də torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hindistan və onun qonşusu Banqladeşdə yağan güclü yağışlar həyata mənfi təsir edib. Hindistanın Sikkim əyalətində son 4 gündə yağan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.

Səlahiyyətlilər təbii fəlakətlərdə ən azı 34 nəfərin həyatını itirdiyini bildirib. Ştatda qapalı qalan turistlərin təxliyyəsinə başlanıldığı bildirilib.

Meqhalaya və Manipur ştatlarında daşqınlar və torpaq sürüşmələri nəticəsində qapalı qalanları xilas etmək üçün ordunun xilasetmə qrupları səfərbər edilib. Meteorologiya idarəsi bölgədə yağıntıların intensivliyinin artacağı ilə bağlı xəbərdarlıq edib.

Hindistanın qonşusu Banqladeşdə torpaq sürüşməsi nəticəsində eyni ailədən ən azı 4 nəfər ölüb. Səlahiyyətlilər yeni sürüşmə və daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq edərək, risk altında olan ərazilərdə yaşayan vətəndaşları diqqətli olmağa çağırıb.

 

Orxan

Gununsesi.info