
Abşeron rayonu ərazisində uşaqlar arasında baş vermiş mübahisə ilə bağlı araşdırma aparılır.
Gununsesi.info -nun məlumatına görə bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
Abşeron rayonu ərazisində yeniyetmələr arasında baş vermiş mübahisə ilə bağlı polis orqanlarına məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal müvafiq araşdırmalara başlanılıb.
Hazırda ərazi üzrə polis orqanı tərəfindən faktın bütün halları, iştirak edən şəxslərin dəqiq kimliyi, hadisənin səbəbləri və mümkün hüquqi qiymətləndirilməsi istiqamətində təhqiqat tədbirləri davam etdirilir.
Uşaqlar arasında baş verən bu kimi hallarda polis həssaslıqla yanaşır və həm maarifləndirici, həm də qanunvericiliyə uyğun tədbirlər həyata keçirir.