
Şimali Koreya müharibədə yüzlərlə əsgərini itirməsinə və beynəlxalq sanksiyalara baxmayaraq Rusiyanı dəstəkləməyə davam edir. Pxenyan hökuməti deyir ki, bu hərbi əməkdaşlıq dünyaya “sülh və sabitlik” gətirmək məqsədi daşıyır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya bir daha Rusiya ilə dərinləşən hərbi əməkdaşlığı müdafiə edib . Pxenyan administrasiyası bəyan edib ki, bu əməkdaşlıq “Avropa və Asiyada sülh və sabitliyi təmin etmək” məqsədi daşıyır.
Son illərdə Moskva ilə hərbi əlaqələrini gücləndirən Şimali Koreyanın Ukrayna müharibəsində Rusiyaya silah və hərbi dəstək verdiyi məlumdur .
Cənubi Koreya parlamentinin deputatı Li Seong-kweunun ölkəsinin kəşfiyyat agentliyinə istinadən verdiyi məlumata görə, 600-ə yaxın Şimali Koreya əsgəri həlak olub, minlərlə əsgər isə yaralanıb.
Koreya, ABŞ, Yaponiya və digər səkkiz ölkədən ibarət çoxtərəfli sanksiyalar monitorinq qrupu cümə günü Pxenyan-Moskva münasibətlərini “qanunsuz” adlandırıb.
Pxenyanın cavabı sərt oldu. Şimali Koreya Xarici İşlər Nazirliyinin rəsmisi deyib ki, əməkdaşlıq “dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizlik maraqlarını qorumaq” məqsədi daşıyır. Bəyanatda bu münasibətlər “dövlətlərarası münasibətlərin zirvəsi” kimi qiymətləndirilib.
Orxan