
İsrail ordusu Qəzza zolağına humanitar yardım almaq üçün gələn fələstinlilərə növbəti dəfə atəş açıb. Hücum nəticəsində 3 nəfər həyatını itirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail ordusunun yardım paylama mərkəzi yaxınlığında açdığı atəş nəticəsində 3 fələstinli həlak olub.
Səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail ordusu Rəfah şəhərinin qərbində ABŞ-ın nəzarətində olan paylama mərkəzindən humanitar yardım almaq üçün bölgəyə gələn fələstinlilərə atəş açıb. Hücum nəticəsində 3 fələstinli həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Bundan əlavə, ötən gün İsrail ordusunun Rəfah şəhərinə kömək üçün gələn fələstinlilərə atəş açması nəticəsində yaralanan bir fələstinli bu gün həyatını itirib.
Orxan