Lerikdə 35 yaşlı kişi itkin düşüb

  • By Günel
  • 03 İyun 2025 09:00

Lerik rayonunda 35 yaşlı kişi itib.

Gununsesi.info xəbər verir ki, Lerik rayonun Hıramo kənd sakini, hazırda Lerik şəhərində şəhərində yaşayan 1990-ci il təvəllüdlü Şahin Musa oğlu Şərifov naməlum səbəbdən itkin düşüb.

Yaxınlarının verdiyi məlumata görə, o, 3 gündür ki, tapılmır.

Hadisə ilə bağlı polisə də müraciət olunduğu bildirilib.

Gununsesi.info