
Bakıda mağazanın tualetindən meyit tapılıb.
Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində yerləşən inşaat mağazasının sanitar qovşağında kişi meyiti aşkar edilib. Araşdırmalıar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vüqar Sabir oğlu Bəşirov olması müəyyən edilib. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.