
Böyük Britaniyanın Baş naziri Keir Starmer ölkəsini müharibəyə hazırlamaq, güclü ittifaqlar qurmaq və onu qabaqcıl imkanlarla təchiz etməyi hədəflədiklərini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Starmer Şotlandiyanın Qlazqo şəhəri yaxınlığındakı gəmiqayırma zavodunda ölkəsinin qarşıdakı illərdə müdafiə sahəsində planlaşdırdığı addımlarla bağlı açıqlama zamanı deyib.
Britaniya və NATO-nun təhlükəsizliyinin bir-birinə bağlı olduğunu qeyd edən Starmer deyib ki, birlikdə çalışmadıqca tək başına heç bir şey alınmayacaq.
Uniformalı əsgərlərdən müdafiə sənayesi istehsalçılarına və vətəndaşlara qədər hər kəsin ölkənin təhlükəsizliyində rolu olduğunu vurğulayan Starmer söyləyib: “İşlərin dəyişdiyini görürük. Biz bugünkü dünyada cəbhə xəttindəyik. Qarşılaşdığımız təhlükə Soyuq Müharibə dövründəkindən daha ciddi, daha gözlənilməz və daha aktualdır. Avropada yeni bir nüvə hücumu və hər gün artan Rusiya təhlükəsi ilə qarşı-qarşıyayıq”.
Starmer bildirib ki, Rusiyanın hərəkətləri Böyük Britaniyada həyatı bahalaşdırır və adi vətəndaşların cibinə zərbə vurur.
Böyük Britaniyanın gələcək müdafiə strategiyalarını təyin edən Strateji Müdafiə İcmalı hazırlayan komandaya müraciət edən Starmer bildirib: “Sizin yerinə yetirdiyiniz şey, İngiltərəni daha güclü və təhlükəsiz edəcək bir yol xəritəsidir. Britaniya müharibəyə hazır olan, güclü zirehlərlə təchiz edilmiş, ən güclü ittifaqlara, ən qabaqcıl texnologiyaya sahib olan və gələcək illər üçün hazırlanmış bir dövlətdir”.