Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

  • By Günel
  • 02 İyun 2025 22:36

Mingəçevir şəhərinin Energetiklər yaşayış massivi ərazisində bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki,  42 yaşlı şəhər sakini Fəxri Salahbanov 39 yaşlı Nəbi Mehralıyevə kəsici alətlə xəsarət yetirib.

Ayaq nahiyəsindən dörd bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılıb. Hadisə zərərçəkənin xanımının və övladının gözləri qarşısında baş verib. Əməli törədən şəxs polisə könüllü təslim olub.

Hazırda faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info