
Parisdəki Qrevin muzeyindən Fransa Prezidenti Emmanuel Makronun mum heykəli oğurlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə mənbəyə istinadən “Franceinfo” radiosu məlumat yayıb.
Məlumatda deyilir: “Emmanuel Makronun mum heykəli bazar ertəsi, iyunun 2-də səhər saatlarında Parisin 9-cu rayonundakı Qrevin muzeyindən oğurlanıb.
İlkin araşdırmanın nəticələrinə görə, iki qadın və bir kişi muzey işçisi kimi geyinərək, heykəli ədyala büküb və yanğın nərdivanından keçiriblər.
Daha sonra naməlum şəxs muzeylə əlaqə saxlayıb və baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb. O, özünü Greenpeace beynəlxalq ətraf mühit təşkilatının üzvü kimi təqdim edib. Muzey rəhbərliyi bu barədə dərhal polisə məlumat verib”.
Mənbənin sözlərinə görə, heykəlin dəyəri 40 min avrodur.