
Beynəlxalq Buzüstü Xokkey Federasiyası (IIHF) Rusiya millisinin 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunlarında iştirakına icazə verilməyəcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” quruma istinadla məlumat yayıb.
Təşkilat son qərarını Beynəlxalq Olimpiya Komitəsinin (IOC) sorğusundan sonra verdiyini bildirib.
Həm kişilər, həm də qadınlardan ibarət komandalar turnirdə iştirak edə bilməyəcəklər.
Xatırladaq ki, Rusiya xokkeyçiləri 2022-ci ildən bəri milli komandalar səviyyəsində beynəlxalq turnirlərdə iştirak etmirlər.
IIHF, həmçinin belarus millisini də yarışlardan kənarlaşdırıb.