
Dünya miqyasında aparılan bir araşdırmaya görə, müntəzəm məşq xərçəngin təkrarlanmasının qarşısını almaqda və ölüm riskini azaltmaqda dərman qəbul etməkdən daha təsirli ola bilər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Xərçəng Araşdırmaları İnstitutunun rəhbərlik etdiyi geniş miqyaslı bir araşdırmada, xüsusilə bağırsaq xərçəngi xəstələrində idmanın müsbət təsirləri açıq şəkildə nümayiş etdirildi.
Araşdırmaya görə, müalicədən sonra müntəzəm idman edən xəstələrdə ölüm riski 8 il ərzində 37 faiz, xəstəliyin beş il ərzində təkrarlanma ehtimalı isə 28 faiz azalıb.
Tədqiqata ən çox rast gəlinən bağırsaq xərçəngi növü olan kolon xərçəngi üçün cərrahiyyə və kemoterapiya məruz qalan 889 xəstə daxil edilib. Kanada və Avstraliyadan olan xəstə könüllülər iki qrupa bölündü: Bir qrup yalnız əsas məşq məsləhətləri aldı, digər qrup isə üç il ərzində şəxsi məşqçi ilə xüsusi məşq proqramı keçirdi.
Proqramın bir hissəsi olaraq, xəstələrə gündəlik iş rejiminə əlavə olaraq həftədə üç-dörd saat sürətli gəzintilər etmək tövsiyə edildi. 15 illik sınaqların sonunda şəxsi məşqçi ilə işləyən qrupda ölüm və xəstəliyin təkrarlanma nisbəti əhəmiyyətli dərəcədə azaldı.
Tədqiqatın aparıcı müəllifi Dr. “Bu nəticələr aydındır: şəxsi məşqçi tərəfindən dəstəklənən məşq proqramı xəstələrin təkcə fiziki sağlamlığına deyil, həm də onların gözlənilən ömür uzunluğuna birbaşa təsir göstərir” deyib.
Booth əlavə edib ki, hər 14 xəstədən biri idman sayəsində həyatını xilas edir.
Orxan