
Qəhvə ən çox seçilən içkilərdən biridir. Təkcə ləzzətli ətri ilə deyil, həm də sağlamlığa faydaları ilə tanınan qəhvə üzərində aparılan yeni araşdırma bu içkinin daha bir faydasını ortaya çıxarıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Harvard Universitetinin diqqətəlayiq araşdırması: Qəhvə təkcə enerji vermir, həm də qocalmanı ləngidir.
Yeni elmi araşdırma səhərlər içilən bir fincan kofenin nəinki günə başlamaq üçün enerji verdiyini, həm də sağlam qocalmanı dəstəklədiyini ortaya çıxarıb. Harvard Universitetində aparılan və 30 ildən artıqdır davam edən geniş miqyaslı araşdırmada, kofeinli qəhvədən müntəzəm istifadə edən qadınların sonrakı yaşlarda həm fiziki, həm də ruhi sağlamlıqlarını daha çox qoruduğu müəyyən edilib.
Araşdırmaya rəhbərlik edən Dr. Sara Mahdavi 1984-cü ildən bəri aparılan 47 min qadının qidalanma, həyat tərzi və sağlamlıq məlumatlarını araşdırıb. Mahdavi, “Sağlam qocalmanı 70 yaşa qədər xroniki xəstəliklərdən uzaq durmaq, zehni və fiziki funksiyaları qorumaq, ruhi sağlamlığı qorumaq və hərəkət qabiliyyətini itirməmək olaraq təyin edirik” deyib.
Araşdırmaya görə, hər gün istehlak edilən əlavə bir fincan qəhvə (təxminən 240 ml və ya 80 mq kofein) sağlam qocalma ehtimalını 1% artırır. Gündə təxminən 2,5 fincan qəhvə içən qadınlarda bu nisbət 5%-ə qədər yüksəlir. Tədqiqatçılar qeyd edirlər ki, kofeinsiz qəhvə və ya çay oxşar təsirə malik deyil.
Məlumatlara görə, orta yaş qrupunda (45-60 yaş) sağlam qadınlar gündə orta hesabla 315 mq kofein qəbul edirlər. Bu miqdarın çoxu qəhvədən gəlir. Bu fərdlər sonrakı illərdə həm fiziki funksiyalarını, həm də idrak bacarıqlarını daha yaxşı qoruya bilirlər.
Orxan