
“Azercell” 1 iyuldan etibarən yeni şərtlər tətbiq edəcək.
Gununsesi.info xəbər verir ki, “Azercell” tərəfindən qəbul olunan bu qərar sosial şəbəkələrdə böyük rezonansa və narazılığa səbəb olub.
Belə ki, mobil operator hər gün üçün abunəçidən ödəniş tələb edir.
Bu olmayacağı təqdirdə abonentin telefonu aktiv olmayacaq.
Beləliklə, yeni qərarla elektron ödəniş üsulları ilə 1 – 1,99 manat yükləndiyi zaman da nömrənin aktiv qalma müddəti 1 gün olacaq.
Nömrənin aktiv qalma müddəti yüklənən məbləğə görə aşağıdakı kimi olacaq:
1-1,99 manat – 1 gün;
2-2,99 manat – 2 gün;
3-4,99 manat – 3 gün;
5-9,99 manat – 5 gün;
10-24,99 manat – 10 gün;
25-49,99 manat – 25 gün;
50-99,99 manat – 50 gün;
100 + manat – 50 gün.