Rusiya-Ukrayna arasında olan növbəti görüşün də perspektivi dumanlı görünür

  • By Admin2
  • 03 İyun 2025 10:25

Hazırda dünya siyasi gündəminin əsasını təşkil edən Rusiya-Ukrayna müharibəsi davam etməkdədir.

Müharibənin tamamilə dayandırılması gözlənilsə də, bu, hələlik mümkün olmayıb. 

Xüsusi ilə Trampın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra atəşkəs məsələsi yekun nəticəyə vara bilmir. 

Az qala hər gün atəşkəslə bağlı gedən söhbətlər, görünür, hələ bir müddət də söhbət olaraq qalacaq.

“Gözlənildiyi kimi, Rusiya ilə Ukrayna nümayəndə heyətlərinin növbəti görüşü konkret olaraq yalnız hərbi əsirlərin dəyişdirilməsi barədə razılaşma ilə nəticələndi”.

Gununsesi.info xəbər verir ki, bu sözləri açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, bəzilərinin ümid etdiyi kimi, atəşkəsin şərtləri və mexanizmi barədə heç bir razılaşma olmadı:

“Tərəflər atəşkəsin şərtləri barədə barədə hələ görüş başlayana qədər mediaya sızdırılan məlumatları bir növ bir-birlərinə rəsmi təqdim etdilər. Əlbəttə, burada təcavüzkar Rusiyanın irili sürdüyü şərtlər daha ağır və Ukrayna üçün qəbul edilməsi faktiki qeyri münkün olan şərtlər idi. Görüş ərəfəsində tərəflərin qarşılıqlı raket və dron zərbələri, xüsusən də Ukraynanın həyata keçirdiyi əməliyyat cəlbedici görünsə də, müharibənin gedişində nəinki əsaslı dönüş yarada bilmədi, hətta danışıqların gedişinə əhəmiyyətli təsir edə bilmədi. Bundan başqa, Tramp administrasiyasının Rusiyanın irəli sürdüyü şərtlərin əksəriyyətini haqlı hesab etməsi də ümumi nəticəyə təsir göstərən mühüm məqam kimi nəzərdən keçirilə bilər. Rusiya bu müharibədə ABŞ-nin mövqeyini onun şirnikləndirilməsi kimi qəbul edib, daha ağır şərtlər irəli sürür. Amerikanın “New York Times” qəzeti artıq danışıqların iki raundunun döyüş əməliyyatları dayandırılmadan baş tutmasını Putinin taktiki qələbəsi adlandırıb. Bu ayın sonunda keçirilməsi güman olunan növbəti görüşün də perspektivi dumanlı görünür”.

Gununsesi.info