Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Gununsesi.info xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov zədə səbəbindən komandanın toplanışına qoşulmayacaq.

Qeyd edək ki, millimiz təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya, iyunun 10-da isə Liv Bona Dea Arenada Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

 

Gununsesi.info