İstanbulda keçiriləcək sülh sammiti öncəsi ABŞ-Rusiya təması

  • By Admin2
  • 02 İyun 2025 10:22

Rusiyanın xarici işlər naziri Lavrov amerikalı həmkarı Rubio ilə telefonla danışıb. İki nazir bu gün İstanbulda keçiriləcək atəşkəs danışıqları ərəfəsində Ukrayna böhranının həllini müzakirə ediblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin bu gün ev sahibliyi edəcəyi Rusiya -Ukrayna sülh sammiti öncəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Rusiya Xarici İşlər Nazirliyinin görüşlə bağlı verdiyi açıqlamaya görə, iki nazir Ukrayna böhranının siyasi yolla həlli cəhdlərini müzakirə ediblər.

Lavrov və Rubio bu gün İstanbulda keçiriləcək danışıqlarla bağlı da fikirlərini bölüşüblər. Açıqlamaya görə, Rubio Bryansk və Kursk vilayətlərində dəmir yolu infrastrukturuna edilən bombalı hücumların qurbanları üçün Lavrova başsağlığı verib.

ABŞ Dövlət Departamenti də telefon danışığının Rusiyanın tələbi ilə edildiyini açıqlayıb. Açıqlamaya görə, Rubio davamlı sülhə nail olmaq üçün tərəflər arasında birbaşa danışıqların davam etməli olduğunu bildirib.

Orxan

Gununsesi.info