Məşhur iş adamını aslanlar yedi

  • By Günel
  • 03 İyun 2025 10:20

Namibiya çöllərində faciəli hadisə baş verib. Namibiyada səhra şirlərinin qorunmasına verdiyi dəstəyi ilə tanınan 59 yaşlı alman iş adamı Bernd Kebbel gecə saatlarında safari düşərgəsində tualetə gedərkən aslanın hücumuna məruz qalaraq həyatını itirib.

Gununsesi.info bu barədə xarici KİV-ə istinadən məlumat verir.

59 yaşlı iş adamı həyat yoldaşı Conny və dostları ilə dəbdəbəli safari düşərgəsində qalırdı. Gecələr tualetdən istifadə etmək üçün maşınının üstünə qurulan çadırdan çıxan Kebbel ətrafda dolaşan aslanın hədəfinə düşüb. Hücum zamanı ağır yaralanan Kebbel boynundan aldığı dişləmə yarasından hadisə yerində həyatını itirib.

Namibiya Ətraf Mühit, Meşəçilik və Turizm Nazirliyinin sözçüsü Ndeshipanda Hamunyela verdiyi açıqlamada bildirib:

“Cənab Kebbelin həyatını itirdiyini təəssüflə təsdiqlədiyirik”.

Namibiya Polisinin sözçüsü İmmanuel İiduva isə digər düşərgəçilərin aslanı dəf etməyə çalışdıqlarını, lakin Kebbelin aldığı ölümcül yara səbəbindən xilas ola bilməyəcəyini söylədi.

Təbiətin Sadiq Müdafiəçisi

Kebbel təkcə iş adamı kimi deyildi, həm də Namibiya səhra aslanlarının qorunmasına verdiyi töhfələrə və təbiətə yönəlmiş layihələrinə görə tanınırdı.

Günel Həsənova

Gununsesi.info