Türkiyədə zəncirvari qəza: 12 nəfər yaralanıb

  • By Günel
  • 03 İyun 2025 08:53

Türkiyənin Kocaeli şəhərinin Körfəz rayonunda üç avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 12 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Avtomagistralın (Şimali Marmara avtoyolu – red.) Ankara istiqamətində Körfəz rayonunun Kutluca ərazisində sürücülərinin adları məlum olmayan üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib”, – telekanal “Anadolu”ya istinadən bildirib.

Qeyd olunub ki, qəzada 4-ü uşaq olmaqla 14 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info