Kamala Harris siyasətə qayıdır?

  • By Admin2
  • 02 İyun 2025 10:59

ABŞ-nin keçmiş vitse-prezidenti Harrisin Kaliforniya qubernatorluğuna namizəd olacağı güman edilir. Onun həftəsonu ştatda keçirilən partiya tədbirinə qatılmaması suallar yaradıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 2024-cü ilin noyabrında ABŞ prezident seçkilərində Respublikaçı namizəd Donald Trampa uduzan Demokratlar Partiyasının keçmiş vitse-prezidenti Kamala Harrisin aktiv siyasətə qayıdıb-qayıtmayacağı maraq mövzusuna çevrilib. Harrisin gələn il keçiriləcək seçkilərdə Kaliforniya qubernatorluğuna namizəd ola biləcəyi bildirilsə də, Harrisin ştatda keçirilən Demokrat Partiyasının tədbirinə qatılmaması suallar doğurub.

The New York Times (NYT) qəzetinə görə, Demokrat Partiyasının nümayəndələri Harrisin namizədliyi həqiqətən nəzərdən keçirib-düşünmədiyini və bunun müdrik bir qərar olub-olmadığını şübhə altına almağa başlayıblar.

Sözügedən partiya tədbiri Kaliforniyanın Anaheim şəhərində keçirilib və tədbirdə 4000 nümayəndə iştirak edib. Tədbirin məqsədi gələn il keçiriləcək seçkilərə hazırlıq olub. Tədbirdə şəxsən iştirak etmək əvəzinə, Harris üç dəqiqəlik video yazı vasitəsilə nümayəndələrə müraciət edib.

Orxan

Gununsesi.info