Cənubi Koreyada prezident seçkilərinin əsas səsvermə günü keçirilir

  • By Günel
  • 03 İyun 2025 08:44

Koreya Respublikasının keçmiş prezidenti Yun Sok Yol və həyat yoldaşı Kim Qon Hi yeni dövlət başçısı seçkilərində səs veriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Hazırkı növbədənkənar seçkilər Konstitusiya Məhkəməsinin Yun Sok Yolu aprelin 4-də vəzifəsindən kənarlaşdırması səbəbindən keçirilir. Keçmiş prezident və həyat yoldaşı Seulun cənubundakı məntəqədə səs veriblər.

Yun Sok Yol jurnalistlərin suallarına reaksiya verməyib. O, 2024-cü il dekabrın 3-4-də hərbi vəziyyət hadisələri ilə bağlı açılmış üsyan cinayət işində təqsirləndirilən şəxs qismində çıxış edir.

Son məlumatlara görə, əsas səsvermə günündə seçici fəallığı 18,3 %-ə çatıb. Bu, 44,3 milyon seçicidən 8,1 milyon nəfərdir. 29-30 may erkən səsvermə dövründə seçici fəallığı 34,74 % olub. Prezidentliyə aparıcı namizədlər erkən səsvermə mərhələsində səs veriblər. Seçkilərin favoriti “Toburo” Demokratik Partiyasının keçmiş sədri Li Cae Myon hesab edilir. Son ictimai rəy sorğularına görə, o, rəqiblərini azı 10 faiz bəndi qədər qabaqlayırdı.

Gununsesi.info