
Bolqarıstandakı bir kiber fəal qrup həm heyvanlara təcavüz edənləri, həm də “Rusiyanın dezinformasiyasını” ifşa etmək üçün açıq mənbə səyi göstərir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Bolqarıstanda özlərini “BG Elves” adlandıran bir qrup kiber fəal heyvan istismarçılarını tutmaq və mühakimə etmək və Rusiyadan gəldiyi iddia edilən dezinformasiya ilə mübarizə aparmaq üçün çalışır.
Təxminən 70-ə yaxın anonim kibertəhlükəsizlik mütəxəssisi tərəfindən yaradılan platforma ən son olaraq bir heyvan hüquqları təşkilatına göstərdikləri yardımla gündəmə gəlib. Mart ayında “elflər” yüzlərlə heyvanın işgəncələrə məruz qalaraq öldürüldüyünü əks etdirən videoları satmaqda ittiham olunan kişi və qadını saxlamağa kömək ediblər.
“Bizim işimiz həyati əhəmiyyət kəsb edir, çünki Bolqarıstanda ilk dəfə olaraq açıq mənbə kəşfiyyatına (OSINT) əsaslanan cinayətin üstü açılıb və bu, səylərimizin nəzərəçarpacaq nəticələr verəcəyini sübut edir”, – kiberaktivist qrupun yeganə ictimai siması olan proqram təminatı tərtibatçısı Petko Petkov AFP xəbər agentliyinə bildirib.
İngilis dilində “OSINT” kimi qısaldılmış sözügedən üsul əks vizual axtarış və yerin aşkarlanması kimi rəqəmsal tədqiqat üsullarından istifadə edir.
2024-cü ilin yayında maskalı qadının heyvanlara işgəncə verdiyini əks etdirən videonun ortaya çıxmasından sonra bir heyvan hüquqları təşkilatı kömək istəyib. Sözügedən videolar Telegram-da yayımlanıb. “Elflər” qadını bir neçə saat ərzində tapdılar.
Orxan