
ABŞ-da dayənin uşaqlara göstərdiyi fiziki və psixoloji zorakılıq insanı şoka salıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərində dayənin üç azyaşlı uşağı bir neçə dəfə kəmərlə döyməsi və onları qorxutmaq üçün Santa Klaus kostyumu geyinməsi təhlükəsizlik kamerasına düşüb.
Hadisədən sonra həm polisə, həm də sosial xidmətlərə şikayət etməsinə baxmayaraq, dayənin həbs edilməməsi ailəni qəzəbləndirib.
24 yaşlı La’keysha Jackson bir il əvvəl Bronksda yaşayan tək ana Ceraldine Jaramillo üçün işləməyə başlayıb. Cekson Nyu York Şəhər Uşaq Xidmətləri Departamenti (ACS) tərəfindən maliyyələşdirilən podratçıda işləyirdi.
Hadisədən sonra uşaqların davranışlarında ciddi dəyişikliklərin olduğunu deyən ana Jaramillo, oğullarının indi soyunmağa, otaqlarını tərk etməyə, hətta hamama getməyə belə qorxduğunu bildirib. Jaramillo dedi ki, hamamı qorxulu görürlər, səbəbini başa düşə bilmirik.
Jaramillo bildirib ki, uşaqlar bir-birlərinə qarşı aqressiv davranışlar nümayiş etdirirlər, bir-birlərini vururlar, hətta körpə bacı-qardaşlarının üstünə otururlar ki, bu da onların boğulmasına səbəb ola bilər.
Orxan