
Türkiyənin Sivas şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ yerin 10,57 kilometr dərinliyində meydana gəlib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, ötən gün Türkiyənin Malatya vilayətinin Qala rayonunda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ətraf rayonlarda da hiss edilib.