
Pentaqon bildirir ki, ABŞ Yəmənin husi qruplaşmasının nəzarətində olan hissələrində beş silah anbarına dəqiq zərbələr endirib.
Gununsesi.info “BBC”-yə istinadən xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin ABŞ qüvvələri, o cümlədən uzaqmənzilli bombardmançılar regionda mülki və hərbi gəmilərə hücum etmək üçün istifadə edilən silah komponentlərinin yerləşdiyi yeraltı obyektləri hədəfə aldığını bildirib.
Onun sözlərinə görə, İranın dəstəklədiyi husilərə qarşı zərbələr ABŞ-ın rəqiblərinin “əl çata bilməyəcəyi” obyektləri hədəfə almaq qabiliyyətini nümayiş etdirib.
Qeyd edək ki, ötən ilin noyabrından husilər Qırmızı dənizdə 100-ə yaxın gəmiyə hücum edərək iki gəmini batırıblar. Qrup bildirir ki, hücumlar İsrailin Qəzzada hərbi kampaniyasına cavabdır.
Orxan Saffari