Yasamalda 30 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

  • By Günel
  • 17 Oktyabr 2024 09:05

Bakının Yasamal rayonunda 30 yaşlı qadın yol qəzasında xəsarət alıb.

Gununsesi.info – nun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Atakişiyeva Şəfiqə Azər qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info