BMT baş katibi İran XİN başçısı ilə danışdı

  • By Günel
  • 16 Oktyabr 2024 23:48

BMT Baş katibi Antonio Quterreş İran xarici işlər naziri Abbas Arakçı ilə telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

O bildirib ki, həmsöhbətlər Yaxın Şərq regionunda gərginliyin azaldılması zərurətini müzakirə ediblər.

Gununsesi.info