Hava limanında dəhşət: - Yeni doğulmuş körpəsini tualetdə qoyan rus qadına qərar...

Antalya hava limanında yeni doğulmuş körpəsini tualetə qoyduğu müəyyən edildikdən sonra saxlanılan rusiyalı Yekaterina Burnazkina həbs edilib.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, bazar günü axşam saatlarında Antalya hava limanında əlillər üçün tualetdə təmizlik işçisi tərəfindən yeni doğulmuş körpə tualetin içində tapılıb. Polis tərəfindən aparılan araşdırmada körpənin tapılmağından 12 dəqiqə əvvəl Rusiya vətəndaşı Yekaterina Burnazkina tərəfindən tərk edildiyi müəyyən edilib.

Körpəni tərk edən Yekaterina Burnazkinanın anası Yelena Burnazkina ilə tez bir zamanda pasport kassalarına getdiyi və ölkədən çıxış prosedurlarını tamamladığı da müəyyən edilib. Moskvaya getməyə hazırlaşan Yekaterina Burnazkina və anası Antalya Polis İdarəsi Hava Limanı Şöbə Müdirliyi qrupları tərəfindən saxlanılıb.

Sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından yeni doğulan körpə də xəstəxanaya yerləşdirilib. Körpənin anası Yekaterina Burnazkina da başqa xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Qeyd edək ki, prosedurlardan sonra məhkəməyə sövq edilən Yelena Burnazkina həbs edilib. 

Araşdırmalar davam edir.

Orxan Saffari

Gununsesi.info