Avtomobil kanala aşdı, sürücü öldü

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info DİN-in Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, bu gün saat 12 radələrində Habil Əzizov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Qoşaqovaq kəndi ərazisində qəza törədib. Nəticədə nəqliyyat vasitəsi su kanalına aşıb, sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info