
“Son günlər yəqin ki, hər kəs mətbuatda “Tramp bütün sorğularda irəlidədir” ifadəsi ilə ən azı bir dəfə rastlaşıb. Məsələ ondadır ki, Trampın seçki qərargahı ictimayi rəydə “Tramp irəlidədir” tezisinin möhkəmlənməsi və insanların beyinlərində oturuşması üçün maraqlı taktiki addımlar atır. Belə ki, onlar (Trampın seçki qərargahı) eyni anda öz kurasiyalarında olan sorğu mərkəzlərinə kütləvi şəkildə sorğuları sifariş ediblər. Quru statistikanı deyim sizə. Son 10 gün ərzində sorğuları keçirən 33 mərkəzdən 26-sı respublikaçıların nəzarətindədir, ya da onlara loyaldır.”
Bu sözləri Gununsesi.info-ya açıqlamasında ABŞ-ədəki seçkilərin müzakirəsi zamanı siyasi şərhçi Kamran Cəfərov deyib.
“Etibarlı hesab edə biləcəyimiz sorğulara keçməmişdən qabaq, yuxarıda dediklərimizi sübut etmək üçün bir misal gətirək. Bir neçə gün qabaq sosial şəbəkələrin ABŞ seqmentində “Polymarket” bukmeker şirkətinin əmsalları paylaşılmışdı və Tramp favorit kimi göstərilmişdi. Amma başqa bukmeker şirkətləri həmin zaman Harrisi favorit hesab edirdi.”
Bir qədər araşdırsaq, əlaqəni taparıq:
“Polymarket”in əsas investoru” Piter Tildir”. Piter Til isə İlon Maskın dostu və Cey Di Vensin müəllimidir.
Yəni ki, əslində, taktika budur. Bütün resurslardan istifadə edərək Trampı öndə olan kimi göstərmək və ictimai rəydə bu fikiri saxlamaq.”-, deyə K.Cəfərov bildirib.
Kamran Cəfərov həmçinin ən ciddi, güclü və etibarlı mərkəzlərin sorğularını da açıqlayıb:
1.“Tipp”– bu mərkəz 2020-ci ildə Baydenin 4% fərqlə udacağını proqnozlaşdırmışdı.
2020-ci ildə bu, ən dəqiq proqnoz idi. Bu gün “Tipp” yenidən sorğuların nəticələrini açıqlayıb. Belə ki, nəticələrə görə, Harris 50 %, Tramp isə 46 % öndədir.
2. “Marist” – bu mərkəz 2016-cı ildə ən dəqiq rəqəmlər vermişdi.
Proqnoz: Klinton +2%. Nəticə etibarı ilə Klinton +2.1% fərqlə ümumilli sorğularda qalib gəlmişdi.(baxmayaraq ki, seçkiləri uduzmuşdu.)
“Marist”-ə görə soruğunun nəticələri belədir:
Harris – 52 %, Tramp – 47 %
Bundan əlavə “Morn Consult”, “New-York Times”, “ABC” və “CBS” kimi nəhənglər Harrisin irəliləməsini göstərir.