
Amerikalılar öz hökumətlərinə nifrət edirlər, çünki ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya əlavə yardım ayırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin
özünün X sosial şəbəkə hesabında bildirib.
“Bu səbəbdən amerikalılar öz hökumətlərinə bu qədər nifrət edirlər. Onlar Helen qasırğasından sonra çətinliklə 750 dollar ala bilirlər və Bayden administrasiyası Ukraynaya 425 milyon dollarlıq növbəti çek yazır” – deyə konqresmen qeyd edib.
Teylor Qrinin sözlərinə görə, hökumətin bu cür hərəkətləri amerikalıları “Ukraynadan qəzəbləndirir”.
Bundan əvvəl Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı Kiyevə 425 milyon dollar məbləğində yardım ayrılacağını açıqlamışdı.
Həmçinin söhbət zamanı Amerika lideri bildirib ki, o, Ukrayna üzrə təmas qrupunun dövlət başçıları səviyyəsində distant formatda görüş keçirəcək.
Günay