
İsrail hakimiyyəti BMT sisteminə bütün cəbhələrdə hücum edib.
Gununsesi.info xəbər verir ki, bunu oktyabrın 17-də Aİ sammitinə gələn Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib.
O qeyd edib ki, İsrailin bəyanatlarına görə BMT-nin baş katibi Antonio Quterreş antisemit kimi qəbul edilir, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) isə terrorçu kimi qəbul edilir.
“Bütün BMT sistemi hücum altındadır”– deyə o vurğulayıb.