Rusiya “Hammer” bombasını vurdu…

Rusiya hava hücumundan müdafiə sistemləri bir gündə Fransa istehsalı olan “Hammer” idarəolunan bombasını və 43 ədəd PUA-nı vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya qüvvələrinin qoşun qruplaşmasının əməliyyat-taktiki aviasiyası, hücum dronları, raket qüvvələri və artilleriyası düşmənin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi yerləri darmadağın edib”, – məlumatda deyilir.

Gununsesi.info

(Axar.az)