Niyə təyyarələrdə hamıya çatacaq qədər paraşüt olmur?

Təyyarələrdə qəza anında hər bir sərnişinə paraşüt vermək, əslində, gözəl fikirdir.

Amma bu, niyə belə olmur?

Gununsesi.info təyyarələrdə paraşütün verilməmə səbəbini təqdim edir:

Sərnişin təyyarələrində paraşütün olmaması səbəbi budur ki, təyyarə, adətən, ya uçuşa qalxanda, ya da enərkən qəza edir. Bu zaman isə yüksəkliyin az olması paraşütlə tullanmağı mümkünsüz edir. Üstəlik, paraşütlə tullanmaq xüsusi hazırlıq tələb edir. Qəza anında hazırlıqsız adamın paraşütlə atlanmağa cəhdi daha çox təhlükəli ola bilər. Həmçinin təyyarələr çox yüksək sürətlə hərəkət edirlər. Bu sürətdə qapıdan tullanmaq isə asan məsələ deyildir.

Orxan Saffari

Gununsesi.info