“Sabah” məğlub oldu

  • By Günel
  • 16 Oktyabr 2024 22:08

“Sabah”ın kişi basketbolçulardan ibarət komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçını keçirəcək.

Gununsesi.info xəbər verir ki, G qrupunda yer alan Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv II turda Yunanıstan təmsilçisi “Marussi” ilə üz-üzə gələcək.

Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Görüşü Rumıniya və Gürcüstandan olan hakimlər idarə edəcəklər.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ilk turda səfərdə Belçikanın “Spiru” komandasına 81:82 hesabı ilə məğlub olub.

***

Bakı İdman Sarayında keçirilən qarşılaşma rəqibin 82:70 hesablı qələbəsi ilə başa çatıb.

Gununsesi.info