Cənubi Kipr və Danimarka Avropada ən çox qida tullantıları istehsal edən iki ölkə oldu - FOTO

  • By Günel
  • 16 Oktyabr 2024 23:29

Aİ 2030-cu ilə qədər pərakəndə və istehlakçı səviyyələrdə adambaşına düşən ərzaq tullantılarını yarıbayarı azaltmağı öhdəsinə götürüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, orta hesabla Avropa İttifaqı (Aİ) vətəndaşı hər il 132 kiloqram qida tullantıları istehsal edir. Bu da blok üzrə hər il cəmi 59,2 milyon ton edir.

Bu məbləğin 54 faizi ev təsərrüfatlarının payına düşərkən, 46 faizi tədarük zəncirlərində istehsal olunur.

Aİ-nin 27 üzvü arasında Cənubi Kipr və Danimarka ən böyük qida israfçılarıdır. Aralıq dənizi adası ildə adambaşına orta hesabla 294 kiloqram, Danimarka 254 kiloqram qida tullantıları istehsal edir.

Portuqaliya isə adambaşına 185 kiloqramla üçüncü sırada yer alır.

Günel Həsənova 

Gununsesi.info