Niyə əvvəllər çoxuşaqlı ailələr çox idi?

Müasir zamandan fərqli olaraq hələ qədim zamanlardan ailələrdə uşaqların sayının çox olması hamıya məlumdur.

Bəs bunun əsas səbəbi nədir?

Gununsesi.info xəbər verir ki, buna əsas səbəb qədim dövrlərdə uşaqlarının ölüm hallarının yüksək olması idi. Müasir tibb meydana gəlməzdən əvvəl çox uşaq yetkinlik yaşına çatmadan ölürdü. Bu isə çoxuşaqlı ailələri zərurətə çevirirdi. Tarixə baxdıqda, kralların, imperatorların da uşaqlarının çox olması və ölməsi faktı görsənir. Ailələr də daha çox uşaq sahibi olmağa çalışırdı ki, ən azı biri böyüyüb ailəni davam etdirsin.

Üstəlik, bütün bunlardan əlavə uşaqların iqtisadi faydaları da mühim rol oynayırdı. “Uşaqlıq anlayışı” ortaya çıxmazdan əvvəl kənd təsərrüfatında uşaqlar təkcə gələcək varislər deyil, o cümlədən işçi qüvvə hesab edilirdilər. Beləki, onlar uşaq yaşlarından tarlada, evdə kömək edərdilər ki, bu da ailənin rifahına müsbət təsir göstərirdi.

Orxan Saffari

Gununsesi.info