Tarixdə bu gün hansı mühim hadisələr baş verib?

2020-ci il 17 oktyabrda Azərbaycan ordusu tərəfindən Füzuli şəhəri və rayonun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan azad edilib. 

Bəs bu tarixdə başqa hansı hadisələr baş verib?

Gununsesi.info 17 oktyabrda baş verən hadisələri təqdim edir:

1.1346-cı ildə İngiltərə və Şotlandiya arasında baş verən Nevils-Kross döyüşü nəticəsində Şotlandiya ordusu məğlub olub və Şotlandiya kralı II David əsir düşüb.

2.1612-ci ildə  Səfəvi və Osmanlı dövlətləri arasında  Sərab sülhü imzalanıb.

3.1855-ci ildə İngilis Henri Bessemer polad istehsalı prosesini patentləşdirdi.

4.1902-ci ildə Detroytda “Cadillac” markalı ilk avtomobil istehsal edilib.

5.1915-1916-cı illərdə çıxan həftəlik ədəbi və ictimai-siyasi satirik jurnal olan. “Babayi-Əmir” jurnalı məhz bu gün ilk dəfə işıq üzü görüb.

6.1938-ci ildə Mustafa Kamal Atatürk komaya düşüb.

7.Bu gün eyni zamanda Füzuli şəhəri günüdür.

Orxan Saffari

Gununsesi.info