Nəsimi rayonunda avtomobillər toqquşub, yaralanan var

  • By Günel
  • 17 Oktyabr 2024 08:19

Bakının Nəsimi rayonunda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Süleymanzadə Erkin Akif oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info