
Qayda pozuntuları heç də həmişə qanunla tənzimlənmir. Belə ki, bu cəza növü Sinqapurda fərqli qayda da həyata keçir.
Gununsesi.info xəbər verir ki, əgər bir sürücü içkili vəziyyətdə maşın idarə edirsə, Sinqapurda onu bədən cəzası gözləyir.
Cəza “Rattan” ağacından hazırlanan çubuqla həyata keçir.
50 yaşdan aşağı kişilər üçün nəzərdə tutulan bu cəzada zərbələrin sayı böyüklər üçün 24, yetkinlik yaşına çatmayanlar üçün isə 10-dan çox ola bilməz.
Bu cəza növü oğurluq və digər bir çox qayda pozuntusu halları üçün də nəzərdə tutulur.
İstisna hal isə qadınlardır. Onlar üçün bu cəza növü tədbiq edilmir.
Cəza verilən zaman həkimin də iştirakı olur. Əgər cəza alan şəxsin bədəninin buna tab gətirməməsi sübuta yetirilirsə, məhkəmə həmin adamı bir ilədək azadlıqdan məhrum edir
Qeyd edək ki, Sinqapur məktəblərində qayda pozan şagirdlərə də çubuq cəzası tədbiq edilir.
Orxan Saffari