
Tərtərdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info -nun məlumata görə, qəzada “VAZ 2107”, ”VAZ 21011” və “LADA 110” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info