
İsrail Müdafiə Qüvvələrinin əsgərləri “Hizbullah” terror təşkilatının döyüşçülərinin bazalarında axtarışlar zamanı “ən müasir” rus silahlarını aşkar ediblər.
Gununsesi.info xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü, oktyabrın 16-da Fransanın “Le” qəzetinə müsahibəsində bildiri.
Onun sözlərinə görə, BMT-nin 2006-cı il qətnaməsinə əsasən, İsrail və Livan sərhədi yaxınlığından axan Letani çayının cənubunda yalnız Livan ordusunun silah sahibi olmasına icazə verilir: “Lakin Hizbullah bu ərazidə yüzlərlə tunel və gizlənmə yeri qazıb, burada biz indicə bir neçə müasir rus silahı tapmışıq”.
Bundan əvvəl “The Washington Post” (WP) İsrail rəsmilərinə istinadən yazıb ki, İsrail ordusunun Livanın cənubunda keçirdiyi əməliyyat zamanı Rusiya və Çin tank əleyhinə silahlar tapılıb.
Şəbnəm