
Rusiyada gənclərin və uşaqların özlərini ən sevdikləri heyvanlara çevrildiyi yeni tendensiya ölkədə çaşqınlıq yaradıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiyada gənclər arasında sürətlə yayılan yeni tendensiya son günlərin ən çox müzakirə olunan mövzusuna çevrilib. “Kvadrobing” adlanan cərəyanda it, pişik, tülkü və ayı kostyumları geyinən uşaqlar həmin heyvanlara bənzər hərəkətlər edirlər.
Rusiya lideri Vladimir Putinə yaxınlığı ilə tanınan parlament sədri Viyaçeslav Volodin “uşaqları qullara çevirdiyini” iddia etdiyi hərəkətin ABŞ və Qərbin rusları insanlıqdan çıxarmaq planı olduğuna münasibət bildirib:
“Bu, ilk baxışdan oyun və zarafat kimi görünə bilər, lakin bunun arxasında insana aid olan hər şeyi rədd edən ciddi bir plan dayanır”.
Dumanın millət vəkili Sergey Kolunov bildirib ki, “Kvadrobing” axınına qatılan gənclərin ailələrinə qarşı iddia qaldırıla bilər.
Xarici işlər naziri Sergey Lavrov ötən həftə görüşdüyü Ermənistanın baş naziri Nikol Paşinyana “Sizdə də “kvadrobing” var? Bu son günlərdə bizim üçün ən vacib məsələ budur” demişdir.
Ölkənin Sibir bölgəsində qadının it paltarı geyinərək oğlu ilə birlikdə qaçması böyük əks-səda yaradıb. Bu hadisə ilə bağlı polis tərəfindən araşdırma başlanıb.
Günel Həsənova