
Banqladeş məhkəməsi inqilab nəticəsində hakimiyyətdən devrildikdən sonra avqust ayında Hindistana qaçan və mühacirətdə olan keçmiş lider Şeyx Hasinanın həbsinə order verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Banqladeş Beynəlxalq Cinayətlər Tribunalının baş prokuroru Məhəmməd Tajul İslam cümə axşamı jurnalistlərə bildirib: “Məhkəmə keçmiş baş nazir Şeyx Hasinanın həbsinə və onun noyabrın 18-də məhkəməyə çıxarılmasına qərar verib”.
Bildirilir ki, Hasina qaçdıqdan sonra Dehli yaxınlığında sığınacağa yerləşib.
Devrilmiş baş nazirin oğlu və müşaviri Sajeeb Wazed daha əvvəl Reuters agentliyinə demişdi ki, Hasinanı evdə mühakimə etməyə hazırdır, bu tələb üsyana rəhbərlik edən tələbələr tərəfindən irəli sürülüb.
Şəbnəm